Sizin reklam burada
Sizin reklam burada

Tərbiyəçi-müəllimlərin yerdəyişmə prosesinə başlanılır

Tərbiyəçi-müəllimlərin yerdəyişmə prosesinə başlanılır

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifələrinə yerdəyişmə prosesinə qeydiyyat başlayır.
Müsabiqədə hazırda dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində müddətsiz əmək müqaviləsi ilə çalışan şəxslər iştirak edə bilərlər.
Qeyri-ixtisaslı tərbiyəçi-müəllimlər yaşayış yerindən asılı olmayaraq müsabiqədə iştirak edə bilməz.
Yerdəyişmə etmək istəyən namizədlər tələb olunan sənədləri 07-10 aprel 2026-cı il tarixlərində saat 09:00-dan 18:00-a kimi Dağlıq Şirvan Regional Təhsil İdarəsinə (Şamaxı şəhəri, Şəhriyar küçəsi, 21) təqdim etməlidirlər.
Tələb olunan sənədlər:
✅ Şəxsiyyət vəsiqəsinin surəti;
✅Ali və ya orta ixtisas təhsili haqqında diplomun surəti;
✅Əmək kitabçasının surəti;
✅Yerdəyişmənin səbəbini təsdiqləyəcək dövlət qurumlarından əldə edilmiş arayışlar (yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair, ərləri (arvadları) hərbi qulluqçu və dövlət qulluqçusu olduqda onların iş yerlərinin dəyişməsi barədə müvafiq təsdiqləyici sənədlər).
Vakant yerlərlə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz.
https://tinyurl.com/bp6dy9w4
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #Tərbiyəçi #Yerdəyişmə #SənədQəbulu

  • Sosial şəbəkədə paylaş