Sizin reklam burada
Sizin reklam burada

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə I sinfə elektron qeydiyyatla bağlı mikroərazi ünvanlarının dəqiqləşdirilməsi davam edir

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə I sinfə elektron qeydiyyatla bağlı mikroərazi ünvanlarının dəqiqləşdirilməsi davam edir
2026–2027-ci tədris ili üzrə birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi məqsədilə vətəndaşlara məlumatlandırma xidməti göstərilir.
Valideynlər daimi qeydiyyat ünvanlarının (yeni tikililərdə “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) mikroərazi dislokasiyasına uyğunluğunu yoxlamalıdırlar.
Daimi qeydiyyat ünvanı dislokasiya siyahısında olmayan, yanlış göstərilən və ya obyektiv səbəblərə görə başqa məktəb seçiminə üstünlük verən valideynlər Sumqayıt 2 saylı “ASAN xidmət” mərkəzinin Təhsil xidmətləri pəncərəsinə müraciət edə bilərlər. Müraciətlər müvafiq qaydada həmin pəncərədə qəbul edilir və izah edilir.
Əlavə sualı olan vətəndaşlara Abşeron-Xızı Regional Təhsil İdarəsinin Çağrı Mərkəzi – 146-01 ilə əlaqə saxlamaq tövsiyə olunur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ