Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilverənlərin Metodik dəstək və peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov və idarənin əməkdaşları Göyçay şəhəri Rəsul Rza adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində bir qrup müəllimlə görüş keçiriblər.
Görüş zamanı oxu savadlılığının artırılması və bu sahədə müəllimlərin peşəkar inkişafı ilə bağlı müzakirələr aparılıb. Müəllimləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və rəyləri dinlənilib.
Sonda qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb və bu cür görüşlərin davamlı keçirilməsinin vacibliyi qeyd olunub.
#ARTİ #MərkəziAranRegionalTəhsilİdarəsi #Müəllim #Görüş
