Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifələri üzrə yerdəyişmə müsabiqəsinə start verilir.
Yerdəyişmədə iştirak etmək istəyən məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri müvafiq qaydalar gözlənilməklə 08-15 aprel 2026-cı il tarixlərində qeydiyyatdan keçə bilərlər.
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi ilə bağlı müraciətlərə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə baxılır.
Tələb olunan sənədlər:
- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsil haqqında dövlət sənədinin (diplom) surəti;
- əmək kitabçasının surəti;
- şəhid ailəsinin üzvü olmasını təsdiqləyən sənədin surəti;
- yerdəyişmənin səbəbini təsdiqləyəcək dövlət qurumlarından əldə edilmiş arayışlar (yaşayış yerinin dəyişməsi, yoldaşının iş yerinin dəyişməsi, tibbi göstərişlərə əsasən və s.).
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi zamanı bir vakant yerə birdən çox müraciət olduqda namizədlərə aşağıdakı ardıcıllıqla üstünlük verilir:
- şəhid ailəsi üzvlərinə;
- daha yüksək təhsil pilləsini (səviyyəsini) bitirənlərə;
- pedaqoji stajı daha çox olan tərbiyəçi-müəllimlərə.
Qeyd: Qeyri-ixtisaslı tərbiyəçi-müəllimlər yaşayış yerindən asılı olmayaraq yerdəyişmədə iştirak edə bilməz.
Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifələri üzrə qeydiyyat linki və vakant yerlərin siyahısı:
Qeydiyyat linki: https://forms.gle/2gVi7DEuqrBdQ4nU6
Tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı:
https://docs.google.com/.../17S5xzv92VBtbviiL7Z4F.../edit...
#MÜTDA #MərkəziAranRTİ #MəktəbəqədərTəhsil #TərbiyəçiMüəllim #Yerdəyişmə #Müsabiqə
