Sizin reklam burada
Sizin reklam burada

PIRLS 2026 beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı təhsilverənlərin maarifləndirilməsi məqsədilə məlumatlandırıcı görüş keçirilib

Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Elmin Məmmədtağıyev, Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşları, GDRTİ-nin əməkdaşları, PİRLS 2026 Beynəlxalq qiymətləndirilmə tətqiqatında iştirak edəcək ümumtəhsil müəssisələrinin direktorları və məsul şəxslər iştirak ediblər.
Görüşün keçirilməsində əsas məqsəd PIRLS tədqiqatının mahiyyəti, məqsədləri, tətbiq mexanizmi və məktəblərin bu prosesdə rolu barədə iştirakçıları ətraflı məlumatlandırmaq olub.
Görüş zamanı iştirakçılara PIRLS beynəlxalq qiymətləndirmə proqramının şagirdlərin oxu bacarıqlarının qiymətləndirilməsində əhəmiyyəti, tədqiqatın keçirilmə mərhələləri, eləcə də məktəblərin hazırlıq prosesində görməli olduqları işlər barədə təqdimat edilib. Eyni zamanda qiymətləndirmə prosesində şəffaflıq və obyektivliyin təmin olunmasının vacibliyi diqqətə çatdırılıb.
Çıxış edənlər qeyd ediblər ki, PIRLS tədqiqatı şagirdlərin oxuyub-anlama bacarıqlarının beynəlxalq səviyyədə müqayisəli şəkildə qiymətləndirilməsinə imkan yaradır və əldə olunan nəticələr təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır.
Görüş çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı müzakirələr aparılıb.
#GəncəDaşkəsənRTİ #Məktəb #Müəllim #PİRLS

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ