Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri üzrə vakant olan Təsərrüfat-istismar qrupunun rəhbəri və mühasib vəzifələrinə işə qəbul məqsədilə təşkil edilmiş müsabiqənin müsahibə mərhələsi davam etdirilir.
Məlumat üçün bildiririk ki, müsahibə mərhələsində yalnız müsabiqənin əvvəlki – test mərhələsində uğurlu nəticə göstərmiş namizədlər iştirak etmək hüququ qazanıblar.
Müsahibə zamanı namizədlərin peşəkar bilik və bacarıqları kompleks şəkildə qiymətləndirilir. Belə ki, onların maliyyə sahəsində nəzəri və praktiki bilikləri, təsərrüfatın təşkili və idarə olunması üzrə bacarıqları, normativ-hüquqi sənədlərlə işləmək qabiliyyətləri, eləcə də müvafiq vəzifənin tələblərinə uyğunluqları əsas qiymətləndirmə meyarları kimi nəzərə alınır.
Qeyd edək ki, müsahibə prosesi davam etdirilir.
