ℹ️“Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında təşkil olunan “Ən Yaxşı Təqdimat” müsabiqəsinin qeydiyyat mərhələsi uğurla yekunlaşıb. Qarabağ Regional Təhsil İdarəsi üzrə 242 nəfər şagird müsabiqəyə qatılmaq üçün qeydiyyatdan keçib.
Rayon/şəhər mərhələsindən uğurla keçən iştirakçılar final turuna vəsiqə qazanaraq öz təqdimat bacarıqlarını nümayiş etdirmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 103-cü ildönümünə həsr olunub. Onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi və təbliği məqsədilə təşkil edilir.
#MÜTDA #EduAz #ƏnYaxşıTəqdimat
