Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirilən “Təcrübə mübadiləsi” layihəsi çərçivəsində Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi metodist Aidə Eyvazova tərəfindən 3 “B” sinfində Azərbaycan dili fənnindən “Qaraca Çoban” mövzusunda nümunəvi dərs təqdim olunmuşdur.
Dərs zamanı şagirdlər mətn üzərində işləyərək hadisələrin məkan və zamanını müəyyənləşdirmiş, hekayə xəritəsi quraraq mətnin məzmununu təhlil etmiş və verilən sualları cavablandırmışlar. İnteraktiv üsullardan istifadə olunması, şagirdlərin fəallığı və müzakirələrdə aktiv iştirakı dərsin maraqlı və səmərəli keçməsinə şərait yaratmışdır.
Təqdim olunan dərs şagirdlərin məntiqi düşünmə, mətnlə işləmə və fikirlərini ifadə etmə bacarıqlarının inkişafına xidmət etmişdir.
Layihənin əsas məqsədi müəllimlər arasında təcrübə mübadiləsini gücləndirmək, peşəkar əməkdaşlığı təşviq etmək və pedaqoji kollektiv arasında müsbət əməkdaşlıq mühiti formalaşdırmaqdır.
