“Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri uğurlu nəticələr əldə ediblər.
Müsabiqəyə region üzrə 145 şagird qatılmış, onlardan 36 nəfər final mərhələsinə vəsiqə qazanmışdır. 3–5 mart tarixlərində keçirilən final mərhələsinin nəticələrinə əsasən 15 şagirdimiz müsabiqənin qalibi olmuşdur.
Qaliblərdən:
Nəbiyeva Şəms Samir qızı (Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəb) və
Alızadə Göyçək Sənan qızı (Sumqayıt şəhər Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyi) qızıl medal qazanıblar.
Gümüş medal qazanan şagirdlər:
Çıraqov Kənan Ramin oğlu, Məmmədov Elgün Elməddin oğlu, Bəndəliyeva Şəms Cavid qızı, Əliyev Fərzəli Hikmət oğlu.
Sumqayıt şəhər 23 nömrəli texniki fənlər təmayüllü liseyin şagirdləri Bəndəliyeva Şəms və Əliyev Fərzəli elmi rəhbər Vüsal Əliyevin rəhbərliyi ilə hazırladıqları “Küknar qozalarından aktiv karbon hazırlanması və superkondensator prototipinin yığılması” adlı layihə ilə II yerə (gümüş medal) layiq görülüblər.
Həmçinin Xıdırlı Mirvari Nicat qızı, Rəhimli Diləfruz Anar qızı, Niftaliyev Murad Gündüz oğlu, Novruzlu Fateh Mənsur oğlu, Aslanlı Murad İlqar oğlu, Səfərli Aylin Şakir qızı, Əsədzadə Ayla Rövşən qızı, Əsədzadə Səfurə Rövşən qızı, Zeynallı Amil Ramil oğlu müsabiqədə bürünc medal qazanıblar.
Qalib olan bütün şagirdləri və onların müəllimlərini təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.
