Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon (şəhər) mərhələsi yekunlaşıb.
Müsabiqə çərçivəsində şagirdlərin hazırladıqları təqdimatlar dinlənilib, onların bilik və təqdimat bacarıqları qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə əsasən final (növbəti) mərhələdə iştirak edəcək şagirdlər müəyyən olunub.
Qeyd edək ki, müsabiqə Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha yaxından öyrənilməsi və bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə keçirilir.
#EduAz #MərkəziAranRTİ #MÜTDA #ƏnYaxşıTəqdimat
