Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilir.
Müsabiqənin rayon (şəhər) mərhələsində ümumi təhsil müəssisələrində qeydiyyatdan keçmiş şagirdlərin təqdimatları dinlənilir. Martın 10-dək davam edəcək dinləmələrdə uğur qazanan iştirakçılar növbəti – ölkə turunda iştirak etmək hüququ əldə edəcəklər.
Təqdimatlar iştirakçıların mövzu üzrə dolğun və əhatəli məlumatlara malik olması, məsələlərə müxtəlif mövqelərdən yanaşma bacarığı, şəxsi mövqeyini ifadə etməsi, nitqinin səlisliyi və lüğət ehtiyatının zənginliyi, irəli sürdüyü fikirləri faktlara əsaslanaraq təhlil etməsi və müasir Azərbaycan tarixi üzrə bilik səviyyəsi meyarları əsasında qiymətləndirilir.
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən təşkil olunur. IX–XI sinif şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsini təşviq etməkdir.
