Sizin reklam burada
Sizin reklam burada

“Xüsusi təhsilə cəlb edilmiş uşaqların Fərdi Tədris Planının (FTP) hazırlanması və tətbiqi” mövzusunda təlim təşkil olunub

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Psixoloji-Tibbi-Pedaqoji Komissiyaların üzvləri üçün “Xüsusi təhsilə cəlb edilmiş uşaqların Fərdi Tədris Planının (FTP) hazırlanması və tətbiqi” mövzusunda təlim təşkil olunub.
Təlimin əsas məqsədi xüsusi təhsilə ehtiyacı olan uşaqların fərdi xüsusiyyətlərinin nəzərə alınması, onların təhsil prosesinə daha effektiv cəlb edilməsi və inklüziv təhsilin keyfiyyətinin artırılması istiqamətində mütəxəssislərin bilik və bacarıqlarının inkişaf etdirilməsi olub.
Təlim zamanı iştirakçılara Fərdi Tədris Planının hazırlanma mərhələləri, uşağın ehtiyaclarının düzgün qiymətləndirilməsi üsulları, tədris məqsədlərinin ölçülə bilən və real şəkildə müəyyənləşdirilməsi, tədris prosesinin monitorinqi və qiymətləndirilməsi mexanizmləri ilə bağlı ətraflı məlumat verilib, praktiki nümunələr üzərində müzakirələr aparılıb.
Qeyd olunub ki, Fərdi Tədris Planlarının düzgün hazırlanması və tətbiqi xüsusi təhsilə ehtiyacı olan uşaqların potensialının üzə çıxarılmasına, onların sosial və akademik inkişafının dəstəklənməsinə, eyni zamanda təhsil mühitinə uğurlu inteqrasiyasına mühüm töhfə verir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər inklüziv təhsilin inkişafı və hər bir uşağın keyfiyyətli təhsilə əlçatanlığının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ