İdarə müdiri Gəncə şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, C.Cabbarlı adına 6 nömrəli tam orta məktəb, İ.Məmmədov adına 27 nömrəli məktəb-lisey və 32 nömrəli tam orta məktəbdə həyata keçirilən cari təmir işləri ilə tanış olub.
İdarə müdiri sözügedən müəssisələrdə aparılan cari təmir işləri ilə yerində tanış olub. Məlumat verilib ki, təmir prosesi 2025–2026-cı tədris ili başlananadək tamamlanacaq.
Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bəzi təhsil müəssisələrində cari və əsaslı təmir işləri aparılır.
#GəncəDaşkəsənRTİ #Məktəb #Müəllim
