arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

“Son zəng” tədbirləri ilə bağlı məktəblərə təlimatlar göndərilib

“Son zəng” tədbirləri ilə bağlı məktəblərə təlimatlar göndərilib
“Məktəblərdə “Son zəng” tədbirlərinin hansı qaydada keçirilməsi ilə bağlı yerlərə təlimatlar göndərilib”.

“Report” xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təlimatlara əsasən, “Son zəng” tədbirləri məktəb həyətində, məktəbyanı sahədə keçirilməlidir:

“Təhlükəsizliyin təminatı ilə bağlı müəyyən təlimatlar da var. “Son zəng”in təşkili ilə bağlı məktəblər də məsuldur”.

Qeyd edək ki, bu il İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 26 453 şagird 11-ci sinifdən məzun olacaq.

  • Sosial şəbəkədə paylaş