Burada 16 ölkədən olan iştirakçılar final mərhələsinə çıxmaq uğrunda mübarizə aparıblar.
Televiziya tamaşaçılarının səsverməsinin nəticələrinə görə, müsabiqə finalçılarının ikinci onluğuna aşağıdakı ölkələr daxil olub: Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta və Yunanıstan.
Xatırladaq ki, birinci yarımfinalın nəticələrinə görə, Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya və Ukraynadan olan iştirakçılar finalçı olmuşdular.
Həmçinin final şousunda İsveçrə (ötən ilin qalibi) və Böyük Britaniya, Almaniya, Fransa, İspaniya və İtaliyadan olan ifaçılar iştirak edəcəklər – bunlar “Böyük beşlik” ölkələridir ki, avtomatik olaraq müsabiqənin finalına keçirlər.
“Avroviziya”nın finalı mayın 17-də baş tutacaq.
23:17
xxx
23:78
"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.
Bu il müsabiqə İsveçrənin Bazel şəhərində təşkil olunub.
İlk yarımfinal mayın 13-də keçirilib, final isə mayın 17-də baş tutacaq.
