arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Zaurla Günayın verilişləri bağlanır - ölkədən gedirlər

Zaurla Günayın verilişləri bağlanır - ölkədən gedirlər


Tanınmış telejurnalist, ATV-nin "Bizimləsən" və "Zaurla Günaydın" verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramların bağlanacağına dair açıqlaması müzakirəsiz ötüşmədi.

Bunu Zaurun zarafatı kimi qəbul edənlər də oldu.

Məsələnin təfərrüatını öyrənə bilib. ATV-də məsul vəzifə tutan şəxslərdən biri həmin sayta açıqlamasında bu xəbəri təsdiq edib.

Mənbənin dediyinə görə, yaxın vaxtlarda, ən gec sezon sonunda Zaur Baxşəliyevin müəllifi olduğu hər iki veriliş bağlanacaq.

ATV rəsmisi telekanal rəhbərliyinin Zaur-Günay cütlüyünün fəaliyyətindən razı olduğunu bildirib. Qeyd edib ki, Zaurun verilişlərinin bağlanması ATV-nin yayım siyasəti ilə əlaqəli deyil.

Onun sözlərinə görə, Zaur ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşdığı üçün telekanalla yollarını ayırır.

Mənbə Zaur Baxşəliyevin hansı səbəbdən ölkəni tərk etdiyinə dair məlumatlı olmadığını bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ