Sizin reklam burada
Sizin reklam burada

Cəbhədə ölən jurnalistin bacısı: Ötən il vəfat etsə də, xəbəri indi eşitdik

Cəbhədə ölən jurnalistin bacısı: Ötən il vəfat etsə də, xəbəri indi eşitdik



Rusiyanın Yekaterinburq bölgəsindən olan jurnalist Aleksandr Rodionov cəbhə bölgəsində vəfat edib.

Bu barədə Kp.ru saytı məlumat yayıb. Nəşrin məlumatına görə, onun ölüm xəbərini mediaya ailəsi verib.

Aleksandrın bacısı İrina qardaşının ötən ilin avqust ayında vəfat etdiyini, lakin ailəsinin bu xəbəri yalnız indi öyrəndiyini bildirib.

"Xüsusi Əməliyyat Zonasında (SVO-Rusiyanın Ukraynada başlatdığı müharibəyə verdiyi ad-red.) işlədiyi müddətdə Rodionov üç medalla təltif edilib. Bunlar "Cəsarətə görə", "İgidliyə görə" və "Xidmət və Cəsarətə görə" ordenləridir. O, iki dəfə yaralanıb", - nəşr yazıb.

İrinanın sözlərinə görə, Aleksandr uşaqlıqdan pilot olmağı arzulayırmış. Lakin karyera qurmaq üçün jurnalistikanı seçib.

Aleksandr Rodionovun dəfn mərasimi 12 avqust tarixində kilsədə keçiriləcək.

Rodionov "Kommersant-Ural", "Novıy Region - Yekaterinburq", "FederalPress" və "RİA European-Asian News" (EAN) nəşrlərində çalışıb.

  • Sosial şəbəkədə paylaş