Sizin reklam burada
Sizin reklam burada

"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT

"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
BMT Baş Assambleyasında Yeni Şəhər Gündəliyinin icrasına həsr olunmuş yüksək səviyyəli iclas keçirilir. 

Bu barədə "news.un.org" nəşri yazıb.

Müzakirələrin əsas mövzusu sürətlə artan urbanizasiyanın şəhərlərə, infrastruktura və ətraf mühitə təsiri, həmçinin 2036-cı ilədək dayanıqlı şəhər inkişafı üzrə öhdəliklərin icrasının sürətləndirilməsidir.

Şəhərlərdə yaşayanların sayı sürətlə artır

BMT-nin məlumatına görə, hazırda dünya əhalisinin 58 faizi şəhərlərdə yaşayır. Bununla yanaşı, 1,13 milyarddan çox insan gecəqondularda və qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşıb ki, bu da on il əvvəlki göstəricidən 130 milyon nəfər çoxdur.

2026-cı il üzrə Baş katibin hesabatında qeyd olunur ki, urbanizasiya gözləniləndən daha sürətlə gedir. Bu isə torpaq ehtiyatlarına, infrastruktur obyektlərinə və ətraf mühitə təzyiqi artırır. Eyni zamanda, dünyada ən azı 3 milyard insan hələ də qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır.

İqlim və maliyyə əsas problemlər sırasındadır

İclasda şəhərlərin iqlim dəyişikliklərinə davamlılığının artırılması da əsas mövzulardan biridir. Bildirilir ki, şəhərlər qlobal istixana qazı emissiyalarının 70 faizdən çoxuna səbəb olur və getdikcə daha çox ekstremal istilər, daşqınlar və dəniz səviyyəsinin yüksəlməsindən əziyyət çəkir.

Forum iştirakçıları əlçatan mənzil, urbanizasiyanın maliyyələşdirilməsi, rəqəmsal transformasiya və iqlimə davamlı şəhərlərin qurulması ilə bağlı məsələləri müzakirə edəcəklər. İclasın yekununda BMT Baş Assambleyasının növbəti onillik üçün qlobal öhdəlikləri müəyyənləşdirən siyasi bəyannamə qəbul edəcəyi gözlənilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ