Hörmüz boğazı hazırda İran gəmiləri istisna olmaqla, bütün dəniz gəmiləri üçün açıqdır.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində məlumat verib.
Ağ Ev rəhbərinin sözlərinə görə, İrana istiqamətlənən hər hansı gəmi Amerika blokadası ilə üzləşəcək.
"Tam blokada yalnız İran limanlarına gedən və oradan qayıdan, yaxud İranla əlaqəli hər hansı yük daşıyan gəmilərə şamil olunacaq", - deyə o yazıb.
İyulun 13-də "The New York Times" qəzeti yazıb ki, ABŞ Prezidenti Donald Tramp Konqresi İrana qarşı hərbi əməliyyatların bərpası barədə rəsmən məlumatlandırıb. Elə həmin vaxt o, Birləşmiş Ştatların Hörmüz boğazında İran yükləri olan gəmilər üçün yenidən dəniz blokadası tətbiq etdiyini bəyan edib. Həmçinin, Amerika Prezidenti bildirib ki, ABŞ İrana "çox güclü zərbələr" endirmək niyyətindədir.
