Rusiya ordusu iyulun 11-də gecə saatlarından başlayaraq Kiyev şəhərinə ballistik raletlərlə intensiv hava zərbələri endirib.
Bu barədə Kiyev şəhər meri Vitali Kliçko "Telegram" səhifəsində məlumat yayıb.
Məlumata görə, hava hücumu zamanı 6 nəfər xəsarət alıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib.
Kiyevin enerji infrastrukturuna da ciddi ziyan dəydiyi bildirilir.
