Sizin reklam burada
Sizin reklam burada

Tramp Obama və Baydenlə futbola baxmaq istəyir

Tramp Obama və Baydenlə futbola baxmaq istəyir


ABŞ Prezidenti Donald Tramp növbəti açıqlaması ilə diqqət çəkib.

O, keçmiş prezidentlər Barak Obama və Co Baydeni Ağ Evə dəvət edərək birlikdə futbol matçına baxmaq ideyasını səsləndirib.

Tramp bu barədə Uşa Venslə söhbəti zamanı danışıb. Onun sözlərinə görə, Barak Obama, Co Bayden və Buş ailəsinin nümayəndələrinin də qatılacağı belə bir görüş həm maraqlı hadisəyə çevrilər, həm də ictimaiyyətin diqqətini cəlb edər.

ABŞ Prezidenti bildirib ki, keçmiş dövlət başçıları ilə eyni məkanda futbol izləmək fərqli bir görüntü yaradacaq və medianın da böyük marağına səbəb olacaq.

Donald Tramp zarafatla əlavə edib ki, belə bir görüş baş tutacağı təqdirdə mətbuat bunu uzun müddət müzakirə edəcək.

  • Sosial şəbəkədə paylaş