Sizin reklam burada
Sizin reklam burada

NATO-da 26 milyard avroluq böhran: Alyans iki cəbhəyə bölündü

NATO-da 26 milyard avroluq böhran: Alyans iki cəbhəyə bölündü



NATO daxilində 26 milyard avro dəyərində qiymətləndirilən hərbi yanacaq kəmərlərinin modernləşdirilməsi layihəsi ciddi fikir ayrılığına səbəb olub. Alyans üzvləri bahalı təşəbbüsün zəruriliyi və məqsədəuyğunluğu ilə bağlı iki düşərgəyə bölünüblər.

Bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşrin anonim diplomatına istinadən bildirilib ki, NATO-nun coğrafi ağırlıq mərkəzi şərqə doğru dəyişdiyindən alyansın şərq cinahına göndəriləcək qoşunların yanacaqla təmin edilməsi həyati əhəmiyyət daşıyır.

"Əgər minlərlə hərbçinin şərq cinahına göndərilməsi planlaşdırılırsa, bunu yanacaq olmadan həyata keçirmək mümkün deyil", - diplomat deyib.

Məlumata görə, Polşa, Slovakiya, Macarıstan, Rumıniya, Çexiya və Baltikyanı ölkələr layihənin mümkün qədər tez həyata keçirilməsini dəstəkləyirlər. Fransa, İspaniya, Böyük Britaniya və Türkiyə isə təşəbbüsə ehtiyatla yanaşır və Ankarada keçiriləcək sammitdə sənədi imzalamağa tələsmirlər.

Layihəyə qarşı çıxan ölkələr hesab edirlər ki, 26 milyard avroluq xərc döyüş təyyarələri və digər strateji silahların alınması üçün ayrılan vəsaitin azalmasına səbəb ola bilər.

Plana əsasən, onilliklər ərzində həyata keçiriləcək proqram Soyuq müharibə dövründən qalan yanacaq kəmərləri şəbəkəsinin yenilənməsini və uzunluğu 10 min kilometrdən artıq olan müasir sistemin qurulmasını nəzərdə tutur.

  • Sosial şəbəkədə paylaş