Sizin reklam burada
Sizin reklam burada

450 metr hündürlükdən yıxılan qadının burnu da qanamadı

450 metr hündürlükdən yıxılan qadının burnu da qanamadı

ABŞ -da 31 yaşlı qadın Şasta dağından yıxılıb, sağ qalıb və hətta huşunu da itirməyib.

Bu barədə “FOX40” məlumat yayıb.

Hadisə alpinist iki təcrübəsiz yürüyüşçü ilə birlikdə “Uçqun dərəsi” marşrutuna dırmanarkən baş verib. O, təxminən 12.000 fut yüksəklikdə olarkən yıxılıb və 1500 futdan (450 metr) sonra yamaca çırpılıb.

Xilasedicilər hadisə ilə bağlı günorta saatlarında zəng alıblar və bulud səbəbindən zərərçəkənə vertolyotla dərhal çata bilməyiblər. Onlar vertolyotu daha aşağı bir yüksəkliyə endirib və yolun qalan hissəsini piyada keçiblər.

Zərərçəkən yerindəcə sabitləşdirilib, xilasetmə xərəyinə yerləşdirilib və Helen gölünə endirilib. Oradan o, helikopterlə xəstəxanaya təxliyə edilib. Tibb işçilərinin sözlərinə görə, yıxılmasına baxmayaraq, qadın şüurlu və yaxşı əhval-ruhiyyədə olub.

  • Sosial şəbəkədə paylaş