Sizin reklam burada
Sizin reklam burada

Ukraynalı iş adamına qarşı sui-qəsd cəhdinin detalları bəlli oldu

Ukraynalı iş adamına qarşı sui-qəsd cəhdinin detalları bəlli oldu


İyunun 29-da Monakoda baş vermiş partlayış Dnepropetrovskdakı çağrı mərkəzləri ilə əlaqədar olaraq ukraynalı iş adamı Vadim Yermolayevə qarşı həyata keçirilmiş məqsədyönlü sui-qəsd cəhdi ola bilər.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən "Ukrainskaya pravda" nəşri məlumat yayıb.

Məlumata əsasən, hücum cinayətkar aləmin təmsilçiləri tərəfindən təşkil edilə bilər və bilavasitə Dnepropetrovskdakı qanunsuz çağrı mərkəzlərinin fəaliyyəti ilə bağlıdır.

"Alef" korporasiyasının qurucusu olan sahibkarın özü bir müddət əvvəl Kipr vətəndaşlığını almaq xatirinə Ukrayna pasportundan imtina etmişdi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ