Sizin reklam burada
Sizin reklam burada

Avropada anomal istilərin fəsadları: Relslər deformasiyaya uğrayır, asfalt əriyir

Avropada anomal istilərin fəsadları: Relslər deformasiyaya uğrayır, asfalt əriyir


Qərbi Avropada ekstremal istilər dəmiryol relslərinin deformasiyasına və asfaltın əriməsinə gətirib çıxarıb, qatarların gecikməsi və reyslərin ləğvi, nəqliyyat infrastrukturunun işində nasazlıqlar və çaylarda gəmiçiliyə məhdudiyyətlər yaradıb.
Bu barədə BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) rəsmi nümayəndəsi Jan Rodriges bildirib.

Onun sözlərinə görə, Qərbi Avropanı bürüyən güclü istilər iqlim risklərini, həmçinin onların nəqliyyat infrastrukturuna təsirini və nəticələrini aydın şəkildə göstərib.

Komissiya rəsmisi Cenevrədə baş tutan brifinq zamanı bildirib:

"Budur, cəmi bir neçə nümunə: bir çox ölkədə relslərin deformasiyası, sərhəd avadanlıqlarının nasazlığı, qatarların işində nasazlıqlar, genişlənmiş yollara kinetik yükü azaltmaq üçün lazım olan hərəkət sürətinin azaldılması səbəbindən qatarların gecikməsi və reyslərin ləğvi, kabellərin və siqnal avadanlıqlarının qırılması, asfaltın əriməsi və deformasiyası, şəhərlərdə tıxaclara gətirib çıxaran işıqforların işində nasazlıqlar, çaylarda hərəkəti ləngidən çay gəmiçiliyindəki dar yerlər və bir çox digər nümunələr".

Rodriges çərşənbə axşamı dərc olunan komissiyanın məruzəsinə istinad edib. Məruzəyə görə, 2050-2080-ci illərə qədər Avropanın dəmir yolu şəbəkəsinin təxminən 90%-i yüksək temperaturun təsirinə daha tez-tez məruz qalacaq. Eyni zamanda, nəqliyyat sektoru il ərzində müsbət 25 dərəcədən yüksək olan əlavə 10-15 günə, müəyyən ərazilərdə isə hətta 200 günə qədər belə hava şəraitinə tab gətirməli olacaq.

BMT-nin AİK-də xəbərdarlıq ediblər ki, iqlim dəyişikliyi dəmir yolu relslərinin deformasiyası, yol örtüyünün dağılması, körpülərin zədələnməsi, nəqliyyat infrastrukturu yaxınlığında meşə yanğınları, həmçinin avtomobil, dəmir yolu və çay nəqliyyatının işini poza biləcək daşqınlar riskini artıracaq. Təşkilat mütəmadi xarakter alan ekstremal iqlim hadisələrini nəzərə alaraq, dövlətləri nəqliyyat sistemlərinin inşası və idarə olunması prosesində təbii fəlakət risklərini diqqətdə saxlamağa çağırıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ