Sizin reklam burada
Sizin reklam burada

ABŞ-də "Ford" nasazlığa görə 741 mindən çox avtomobili geri çağırır

ABŞ-də "Ford" nasazlığa görə 741 mindən çox avtomobili geri çağırır


ABŞ-nin avtomobil istehsalçısı olan "Ford Motor" ölkədə ötürmələr qutusunda yaranan texniki nasazlığa görə 741 195 avtomobili geri çağırıb.

Bu barədə "Reuters" agentliyi rəsmi məlumatlara istinadən informasiya yayıb.

Nəqliyyat vasitələrinin geri çağırılmasına parklama sisteminin zədələnməsinə və nəticədə avtomobilin öz-özünə hərəkət etməsinə gətirib çıxara bilən transmissiya problemləri səbəb olub.

Məlumata əsasən, bu addım 2018-2021-ci illərdə istehsal edilmiş "Navigator" və "Expedition", 2020-2021-ci illərin "Explorer", həmçinin 2021-ci il buraxılışlı "Lincoln Aviator" və "F-150" modellərinin müəyyən hissəsinə şamil edilir.

Məlumatda o da vurğulanır ki, "Ford" şirkəti ön qanadlarda düzgün bərkidilməyən və hərəkət zamanı qopub qəza riskini artıra bilən aerodinamik əlavələrə görə ABŞ-də 36 046 ədəd "Bronco" modelini də geri çağırır.

Qeyd edilib ki, yaranmış problemlərin aradan qaldırılması məqsədilə dilerlər tərəfindən proqram təminatı ödənişsiz olaraq yenilənəcək. Avtomobillərə baxış keçiriləcək, eləcə də zərurət yaranarsa zədələnmiş hissələr təmir ediləcək və ya yenisi ilə əvəzlənəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ