
Türkiyə kinosunun və Yeşilçamın ən məşhur aktyorlarından olan Kadir İnanır 77 yaşında vəfat edib.
Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, aktyor mayın 15-də səhhətində yaranan problem səbəbindən İstanbuldakı xəstəxanalardan birinə yerləşdirilmiş, ilkin tibbi müdaxilədən sonra həkimlərin qərarı ilə reanimasiya şöbəsinə köçürülmüşdü. İnanıra pnevmoniya diaqnozu qoyulmuş və aktyor süni tənəffüs aparatına qoşulmuşdu.
