İranda keçmiş ali lider Əli Xameneinin dəfn mərasimləri ilə əlaqədar bir sıra hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq ediləcək.
İran Mülki Aviasiya İdarəsinin yaydığı məlumata əsasən, 4-9 iyul tarixlərində Tehran və Məşhəd şəhərlərindəki hava limanlarının fəaliyyəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
Məlumata görə, Tehranın İmam Xomeyni və Mehrabad hava limanlarında uçuş rejimi müəyyən saatlarda məhdudlaşdırılacaq. Məşhəd hava limanında isə 9 iyul tarixində uçuşların tam dayandırılması nəzərdə tutulur.
Qurum həmçinin bildirib ki, 6 iyulda Tehran hava limanlarında təhlükəsizlik və təşkilati tədbirlər səbəbindən məhdudiyyətlər daha da gücləndiriləcək.
Qeyd edək ki, dəfn mərasimlərinin 4-5 iyul tarixlərində Tehrandakı İmam Xomeyni Musalla məscidində, 6 iyulda yenidən Tehranda, 7 iyulda Qum şəhərində, 9 iyulda isə Məşhəddə keçirilməsi planlaşdırılır. Mərasimlərin ardından Əli Xameneinin Məşhəddə yerləşən İmam Rza ziyarətgahında dəfn ediləcəyi bildirilir.
