Sizin reklam burada
Sizin reklam burada

"Hizbullah"ın obyektəri vuruldu

"Hizbullah"ın obyektəri vuruldu


İsrail Müdafiə Ordusu (SAXAL) Livan ərazisindən İsrailə açılan atəşə cavab olaraq Beyrutun cənub ətrafı hesab edilən Dahiyə bölgəsində "Hizbullah"a məxsus obyektlərə zərbələr endirib.

Bu barədə TASS agentliyi İsrailin Baş naziri Benyamin Netanyahunun dəftərxanasına istinadən məlumat yayıb.

"Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın göstərişlərinə uyğun olaraq, SAXAL Livan tərəfindən İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq Beyrutun Dahiyə rayonunda "Hizbullah"ın terror hədəflərinə zərbələr endirib", - deyə bəyanatda qeyd olunub.

Netanyahunun dəftərxanası vurğulayıb ki, İsrail öz ərazisinin atəşə tutulmasına dözməyəcək və bu cür hücumlara cavab verməkdə davam edəcək.

  • Sosial şəbəkədə paylaş