Sizin reklam burada
Sizin reklam burada

Daha bir CHP-li bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldı

Daha bir CHP-li bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldı

İzmir şəhərinin Buca rayonunun CHP-li bələdiyyə sədri Görkem Duman vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin sosial media hesabında məlumat verilib.

Bildirilib ki, Görkem Dumana qarşı İzmir Baş Prokurorluğu tərəfindən "Cinayət törətmək məqsədi ilə təşkilat qurmaq və təşkilata üzv olmaq, rüşvətxorluq, mənimsəmə" maddələri ilə istintaq başladılıb. O, Daxili İşlər Nazirliyi tərəfindən ehtiyat tədbiri olaraq müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ