Sizin reklam burada
Sizin reklam burada

ABŞ Ebola epidemiyası ilə bağlı həyəcan təbili çaldı

ABŞ Ebola epidemiyası ilə bağlı həyəcan təbili çaldı



Konqo Demokratik Respublikası (KDR) və Uqandada baş verən Ebola qızdırması epidemiyası tarixə ən böyük miqyaslı yoluxma kimi düşə bilər.
BU barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) hesabatında bildirilir.
Sənəddə xəstəliyin yayılma və ölüm göstəricilərinə əsaslanan müxtəlif ssenarilər təhlil edilib. Məlumata görə, "Bundibuqio" ştammına yoluxanların təcrid olunması səviyyəsi 20% olarsa və heç bir səhiyyə tədbiri görülməzsə, üç ay ərzində yoluxma hallarının 20 mindən çox olması ehtimalı 65% təşkil edir. Əgər əhalinin 70%-ni təcrid etmək mümkün olarsa, yoluxanların sayı 10 mindən az olacaq, epidemiya riski isə 5%-ə düşəcək.
Mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) KDR və Uqandada Ebola qızdırması ilə bağlı səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. Yayılan "Bundibuqio" ştammına qarşı təsdiqlənmiş müalicə üsulu və ya vaksin mövcud deyil. Bu səbəbdən xəstələrin təcrid edilməsi, maye itkisinin bərpası və ağrıkəsici vasitələrin tətbiqini nəzərdə tutan palliativ tibbi yardım həyati əhəmiyyət kəsb edir.
Ebola halları KDR-in üç əyalətində və Uqandada təsdiqlənib. Səhiyyə nümayəndələri və humanitar təşkilatların əməkdaşları maska kimi zəruri tibbi ləvazimatların çatışmazlığından, həmçinin regionda kifayət qədər tibb işçisinin olmamasından şikayətlənirlər.

  • Sosial şəbəkədə paylaş