Sizin reklam burada
Sizin reklam burada

İsti havalarla bağlı rekord sayda ölüm halları qeydə alındı - İspaniyada

İsti havalarla bağlı rekord sayda ölüm halları qeydə alındı - İspaniyada


İspaniyada may ayında baş verən həddindən artıq isti havalar 101 nəfərin həyatına son qoyub.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, 2015-ci ildə qeydlər aparılmağa başlanandan bəri rekord rəqəmdir: “Bu rəqəm son on ildə may ayında baş verən isti hava ilə bağlı ölümlərin orta sayından 3,6 dəfə çoxdur”.
Qeyd edək ki, son bir neçə gündə İspaniyanın müxtəlif şəhərlərində, xüsusən də ölkənin şimalında temperatur rekordları qırılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ