Sizin reklam burada
Sizin reklam burada

Rusiyanın 7 hava limanı fəaliyyətini dayandırdı

Rusiyanın 7 hava limanı fəaliyyətini dayandırdı


Rusiyanın bir sıra hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bu barədə, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) məlumat yayıb.

Agentliyin nümayəndəsi Artyom Korenyakonun "Telegram" kanalı vasitəsilə verdiyi məlumata görə, Gelencik və Soçi hava limanlarında təyyarələrin qəbulu və yola salınması dayandırılıb.

Qurum rəsmisi bildirib ki, bu məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir.

Eyni səbəbdən Saratov, Volqoqrad, Kaluqa, Penza və Tambov hava limanlarında da uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, Rusiyada bu cür tədbirlər adətən pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsi fonunda tətbiq edilir. Məsələn, mayın 30-dan 31-nə keçən gecə Stavropol diyarında da PUA təhlükəsi rejimi elan edilib.

Xatırladaq ki, oxşar hal daha əvvəl Almaniyada da baş verib; orada bir hava limanı PUA səbəbindən fəaliyyətini dayandırmışdı.

  • Sosial şəbəkədə paylaş