Dünyanın ən hündür göydələni olan Dubaydakı Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Bu barədə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki konsulluğu "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Hal-hazırda Dubay şəhərində dünyanın ən hündür göydələni olan Bürc Xəlifə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb", - paylaşımda bildirilib.

