İsrailin Baş naziri Binyamin Netanyahu Qüdsdə xəstəxanaya yerləşdirilib.
Bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Qəzet baş nazirin ofisinə istinadən bildirib ki, Netanyahu bazar ertəsi axşamı Hadassah Ein Kerem Tibb Mərkəzinə aparılıb.
“Netanyahunun ofisi əlavə edib ki, Baş nazir diş müalicəsi alır. Müalicənin detalları açıqlanmayıb” – nəşr qeyd edib.
Məqalədə vurğulanır ki, Netanyahunun səhhəti son zamanlar ictimaiyyətin diqqətini cəlb edib. Xüsusilə, israillilər Baş naziri "tibbi məlumatları gizlətməkdə" günahlandırırlar.

