Sizin reklam burada
Sizin reklam burada

Məşhur rejissor insult keçirdi

Məşhur rejissor insult keçirdi



İtalyan aktyor, rejissor və dramaturq Klaudio de Malyo xəstəxanaya yerləşdirilib.
Bu barədə öz mənbəsinə istinadla "112" "Telegram" kanalı məlumat yayıb.
İddia olunub ki, de Malyo insult keçirib. Təcili yardım briqadası onu ustad dərsi keçdiyi Rusiya Teatr Sənəti İnstitutundan xəstəxanaya aparıblar. Hazırda sənətçiyə tibbi yardım göstərilir.
De Malyo Bolonyada Alessandra Qalante Qarronenin rejissorluq məktəbində təhsil alıb və "komediya del arte" (italyan xalq teatrı) üzrə mütəxəssisdir. O, 2017-ci ildə bu teatr növünə həsr olunmuş "SaFest" beynəlxalq festivalını təsis edib. Sənətçi artıq bir neçə ildir ki, Rusiyada tədrislə məşğuldur.

  • Sosial şəbəkədə paylaş