Sizin reklam burada
Sizin reklam burada

Trampla bağlı şok iddia - Məşhur jurnalist onun xəstəlik sirrini yaydı

Trampla bağlı şok iddia - Məşhur jurnalist onun xəstəlik sirrini yaydı

Məşhur amerikalı jurnalist Aleks Cons diqqət çəkən fikirlər səsləndirib.
O, ABŞ prezidenti Donald Trampın demensiya xəstəliyindən əziyyət çəkdiyini iddia edib.
Cons vurğulayıb ki, Tramp gündə az qala beş-altı dəfə ziddiyyətli açıqlamalar verir və o, bu addımını təkrarlamağa çalışır.
"Biz qalib gəldik, hər şey bitdi. Xeyr, bu vəziyyət əbədi olaraq davam edəcək. Mən heç vaxt onların Hörmüz boğazına sahib olmasına icazə verməyəcəyəm. Bəli, biz boğazdan imtina edirik. Mən NATO-dan çıxacağam. Biz NATO-da qalacağıq", - Cons Trampın açıqlamalarına nümunələr gətirib.
Aleks Cons məhz demensiyadan əziyyət çəkən insanların belə davrandığını söyləyib.

  • Sosial şəbəkədə paylaş