Sizin reklam burada
Sizin reklam burada

"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Səfirdən AÇIQLAMA

"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Səfirdən AÇIQLAMA


Rumıniya millisinin sabiq baş məşqçisi Mircea Lucescunun vəziyyətinin pisləşməsi və vəfat etməsi ilə bağlı dünyanın bir sıra önəmli informasiya agentliklərində məlumat yayılıb. Bildirilir ki, məşhur məşqçinin səhhəti bu gün qəfil pisləşib və vəfat edib.
Məsələ ilə bağlı Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ilə əlaqə saxlayıb. O, açıqlamasında Mircea Lucescunun reanimasiyaya yerləşdirildiyini bildirib:
"Dünən Lucescunun vəziyyəti yaxşı idi və xəstəxanadan çıxmalı idi. Xəstəxanadan çıxarkən qəfil vəziyyəti pisləşib, kliniki ölüm keçirdib. Həkimlərin müdaxiləsindən sonra həyata qayıdıb. Hazırda reanimasiyadadır, vəziyyəti kritikdir. Oğlu da Yunanıstandan gəlib, yanındadır. Kardioloqlardan ibarət həkim qrupu konsilium keçirəndən sonra nə edəcəklərinə qərar verəcəklər" - deyə səfir Vasile Soare bildirib.

  • Sosial şəbəkədə paylaş