Aprelin 2-də axşam saatlarında Günəşdə çox güclü partlayış qeydə alınıb.
Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Günəşdə partlayış Bakı vaxtı ilə 22:15-də qeydə alınıb. M3.5 sinifli partlayış 69 dəqiqə davam edib.
Günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Partlayışlar Günəş plazmasının atılması ilə müşayiət oluna bilər və bu buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

