Yaxın Şərqlə yanaşı Ukraynadan da dəhşətli müharibə görüntüləri gəlməkdə davam edir.
İnternetdə yayılan bir kadrda Ukrayna dronunun avtomobili vurması əks olunub. Görüntülərdə yaşlı bir kişi də əks olunub. Partlayışın onun yanında olması, mərmi ilə yüklənmiş dronun qocanın yaxınlığına düşməsinə baxmayaraq, kişi rahat şəkildə öz yoluna davam edir.
"Tipiçnıy Kursk" Telegram kanalının yadığı video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İddia olunur ki, hadisə Kurskda baş verib.

