Sizin reklam burada
Sizin reklam burada

Danimarka çağırışçılarının sayını 2 dəfə artıracaq

Danimarka çağırışçılarının sayını 2 dəfə artıracaq
Danimarka Baş nazirinin müavini, müdafiə naziri Troels Lund Poulsen ölkədə çağırışçıların sayının 2035-ci ilə qədər ikiqat artırılmasını təklif edib.
Bu barədə hökumətin saytında dərc olunmuş bəyanatda bildirilib.
Onun sözlərinə görə, Danimarkanın müdafiəsini gücləndirmək və müttəfiqləri qarşısında öhdəliklərini yerinə yetirmək üçün daha çox hərbi personala ehtiyacı olacaq. Plana əsasən, 2033-cü ilə qədər çağırışçıların sayı 6500-ə çatdırılmalıdır. Lakin hökumət hesab edir ki, bu səviyyəyə 2030-cu ilə qədər çatmaq və 2035-ci ilə qədər 13 minə çatdırmaq olar.
Bəyanatda qeyd olunub ki, çağırışçıların sayının artırılması silahlı qüvvələrin infrastrukturunun genişləndirilməsini, o cümlədən ölkə daxilində yeni kazarmaların tikintisini tələb edəcək.
Poulsen həmçinin əlavə edib ki, Danimarkanın müdafiə xərcləri son illərdə əhəmiyyətli dərəcədə artıb. Yeni avadanlıqların alınması və hərbi infrastrukturun modernləşdirilməsi sayəsində 2022-ci ildə ÜDM-in 1,36%-dən 2026-cı ildə 3,5%-ə çatıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ