Sizin reklam burada
Sizin reklam burada

Hamının bəh-bəhlə içdiyi şorbalar - Paltaryuyanda əhənglə YUYULURMUŞ

Hamının bəh-bəhlə içdiyi şorbalar - Paltaryuyanda əhənglə YUYULURMUŞ


Sosial şəbəkələrdə yayılan iddialı görüntülər ictimaiyyətdə geniş rezonans doğurub.

Paylaşılan kadrlarda kafe-restoranlarda təqdim olunan işkəmbə (heyvan qarnı-mədəsi) şorbalarının hazırlanmasında istifadə edilən işkəmbənin sənaye tipli paltaryuyan maşınlarda yüksək temperaturda və əhəng qatılaraq yuyulduğu bildirilib.

Görüntülər qısa zamanda sürətlə yayılıb və ciddi müzakirələrə səbəb olub. Bir çox istifadəçi bu üsulu gigiyenik normalara zidd hesab edərək kəskin tənqid edib. Digərləri isə sənaye tipli avadanlıqların qida istehsalında istifadə oluna biləcəyini, lakin bunun müvafiq standartlara uyğun həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməyib. Qida təhlükəsizliyi məsələsi sosial mediada əsas müzakirə mövzularından birinə çevrilib.

Qeyd edək ki, işkəmbənin təmizlənməsi prosesi adətən xüsusi sanitariya qaydalarına uyğun şəkildə aparılmalıdır. Yayılan görüntülərin hansı müəssisəyə aid olduğu və iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyi isə hələlik məlum deyil.

  • Sosial şəbəkədə paylaş