Sizin reklam burada
Sizin reklam burada

Edis barəsində həbs qərarı çıxarıldı - FOTO

Edis barəsində həbs qərarı çıxarıldı - FOTO


Müğənni Edis Görgülü barəsində həbs qərarı çıxarılıb.
İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində məşhur adlara qarşı əməliyyat davam edir
İstanbul Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsi tərəfindən keçirilən əməliyyat zamanı 25 şübhəliyə qarşı tədbir görülüb, onlardan 19-u saxlanılıb. Saxlanılanlar arasında müğənnilər Murat Dalkılıç və Kaan Tangöze, aktyor İsmayıl Hacıoğlu, modelyer Kemal Doğulu və digər tanınmış şəxslər yer alır.
İstintaq çərçivəsində Edis Görgülü haqqında ayrıca həbs qərarı verildiyi, onun hazırda xaricdə olduğu bildirilib.
Araşdırmalar davam edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ