Teleqram messenceri 187 634 qrup və kanalı bloklayıb.
Bu, son həftələrin ən kütləvi bloklama dalğası sayılır.
Fevralın əvvəlindən etibarən Teleqram artıq 2,04 milyon icmaya çıxışı məhdudlaşdırıb. Onlardan 7116-sı terrorizmlə əlaqəli olub.
2026-cı ilin əvvəlindən bloklanan qrup və kanalların ümumi sayı 7,5 milyona yaxınlaşıb. Bu rəqəmə platforma tərəfindən terrorizmlə əlaqəli hesab edilən 27 382 icma da daxildir.
Qeyd edək ki, Teleqramda 2015-ci ildən proaktiv monitorinq sistemi tətbiq olunur. 2024-cü ilin əvvəlində bu tədbirlərə süni intellekt əsaslı moderasiya alətləri də əlavə edilib.
