
ABŞ-ın sabiq prezidenti Barak Obama yadplanetlilərin Yerə səfər etməsi ehtimalını aşağı qiymətləndirib.
O, bu barədə “Instagram” səhifəsində paylaşım edib.
Obama internetdə yadplanetli həyatın mövcudluğu ilə bağlı fikirlərinin diqqət çəkməsindən sonra etdiyi paylaşımda bildirib: “Cavabı mümkün qədər qısa verməyə çalışırdım, lakin bu məsələ diqqət çəkdiyi üçün izah etməyə icazə verin”.
Sabiq prezident qeyd edib ki, statistik baxımdan Kainat o qədər nəhəngdir ki, orada həyatın mövcud olma ehtimalı yüksəkdir. Lakin Günəş sistemləri arasındakı məsafələr o qədər böyükdür ki, yadplanetlilərin Yerə səfər etməsi ehtimalı olduqca aşağıdır.
