Sizin reklam burada
Sizin reklam burada

"Sevgililər tağı" qayası sevgililər günündə uçub

"Sevgililər tağı" qayası sevgililər günündə uçub

İtaliyanın Apuliya regionunda, Adriatik dənizi sahilindəki "Sevgililər tağı" qayası kəskin hava şəraiti səbəbindən uçub.
Hadisə "Sevgililər günü"ndə baş verib.
Məşhur turizm məkanına çevrilmiş qaya bir neçə gün davam edən güclü yağış və küləkdən sonra "Sevgililər günü"nə keçən gecə uçub.
"Sahilimizdə və bütövlükdə İtaliyada ən məşhur turistik yerlərdən biri yoxa çıxdı. Baş verənlərə görə dərin təəssüf edirəm; bu, istənməyən "Sevgililər günü" hədiyyəsi oldu. "Sevgililər tağı" artıq mövcud deyil", - Melendugno şəhərinin meri Maurizio Kisternino hadisə ilə bağlı bildirib.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ