arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Daha bir bölgədə müharibə riski: ABŞ sualtı qayıq göndərdi - Bu ölkə xəbərdarlıq etdi

Daha bir bölgədə müharibə riski: ABŞ sualtı qayıq göndərdi - Bu ölkə xəbərdarlıq etdi


ABŞ prezidenti Donald Trampın Şimali Koreya ilə diplomatiyaya qayıdıb-qayıtmayacağı hələ də maraq mövzusu olarkən Koreya yarımadasında gərginlik artıb. Şimali Koreya Müdafiə Nazirliyi ABŞ-ın bölgəyə nüvə sualtı qayığı yerləşdirdiyini iddia edib.

Nazirliyin açıqlamasında ABŞ-ın Koreya yarımadası və ətraf ərazilərdə faktiki hərbi münaqişəyə səbəb ola biləcək düşmən hərbi hərəkətləri ilə bağlı ciddi narahatlıq olduğu vurğulanıb.

Qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələri nüvə enerjisi ilə işləyən “Alexandria” sualtı qayığı sursat təchizatı bəhanəsi ilə Cənubi Koreyanın Busan şəhərinə yanaşıb:

"ABŞ nüvə sualtı qayığının bu il Koreya yarımadasında ilk açıq şəkildə görünməsi, ABŞ-ın Şimali Koreyaya qarşı dəyişməz müqavimətinin açıq ifadəsidir. Bu, Şimali Koreyanın təhlükəsizliyi üçün danılmaz təhdiddir və regionda hərbi gərginliyi artıran, sabitliyi pozan amildir.

Ordumuz regional təhlükəsizliyi təhdid edən ünsürlərə qarşı tədbirlər görəcək və təxribatçıları çəkinmədən cəzalandırmaq hüququndan istifadə edəcək".

Açıqlamada ABŞ-ın təhlükəsizlik qaydalarına məhəl qoymadığı vurğulanıb: “Düşmənin qarşıdurma mövqeyi qarşısında bir qarış belə geri çəkilməyəcəyik. ABŞ-ı bölgədə qeyri-sabitliyi artıran təxribatlara davam etməməsi üçün ciddi şəkildə xəbərdar edirik".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ