Sizin reklam burada
Sizin reklam burada

Bu ölkə Rusiyanın milyardlarını Ukraynaya köçürəcək

Bu ölkə Rusiyanın milyardlarını Ukraynaya köçürəcək




Yaponiya hökuməti Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya təxminən 520 milyard yen (3,3 milyard dollar) ayırmağa razılaşıb.

Publika.az xəbər verir ki, bu barədə “Kyodo” mənbələrə istinadən məlumat yayıb.

Bu məbləğ bütün G7 ölkələri tərəfindən təsdiqlənmiş Ukraynaya 50 milyard dollarlıq yardımın 6%-dən bir qədər çoxunu təşkil edir.

Qeyd olunan məbləğdən ABŞ və Avropa İttifaqı (Aİ) ölkələrinin hər birinə 20 milyard dollar, digər 10 milyard dolları isə Yaponiya, Kanada və Böyük Britaniyanın bölüşdürəcəyi gözlənilir. Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi məsələsi G20 sammiti çərçivəsində G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Rio-de-Janeyroda keçiriləcək görüşündə müzakirə olunacaq.

May ayında Aİ Şurası da bloklanmış Rusiya aktivlərindən əldə edilən gəlirlərin böyük hissəsinin Ukraynaya dəstək üçün istifadəsini təsdiqləyib. Mənfəətin 90%-i Avropa Sülh Fondu vasitəsilə ayrılacaq, daha 10%-i Kiyevə uzunmüddətli yardım proqramı çərçivəsində bölüşdürülməsi üçün Aİ büdcəsinə göndəriləcək. Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov bildirib ki, ölkəyə hər il 2,5-3 milyard avro vəsait ayrılacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ