Sizin reklam burada
Sizin reklam burada

“Krım körpüsü zərərsizləşdirilməlidir”

“Krım körpüsü zərərsizləşdirilməlidir”


Krım körpüsü ukraynalı hərbçilər üçün hədəfdir. Onu zərərsizləşdirmək lazımdır, çünki işğalçılar ondan müharibə üçün istifadə edirlər”.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.

“Bizim üçün bu, qanundankənar, beynəlxalq hüquq və qüvvədə olan normalardan kənar tikilmiş düşmən obyektidir. Ona görə də bizim məqsədimiz budur. Sülh deyil, müharibə gətirən istənilən məqsəd zərərsizləşdirilməlidir”, - deyə Zelenski vurğulayıb.

  • Sosial şəbəkədə paylaş