Sizin reklam burada
Sizin reklam burada

Rusiya MN-dən Ukrayna limanlarına gedən gəmilərə xəbərdarlıq

Rusiya MN-dən Ukrayna limanlarına gedən gəmilərə xəbərdarlıq
Taxıl sövdələşməsinə xitam verilməsi ilə əlaqədar iyulun 20-də Moskva vaxtı ilə saat 00:00-dan etibarən Rusiya Ukraynanın Qara dənizdəki limanlarına gedən bütün gəmiləri hərbi yükdaşıyıcı hesab edəcək.

Bu barədə çərşənbə günü jurnalistlərə Rusiya Müdafiə Nazirliyində məlumat verilib.

Bildirilib ki, belə gəmilərin bayrağını daşıdığı ölkələr Kiyevin tərəfini tutan və münaqişəyə cəlb edilmiş kimi qəbul olunacaq.

“Qara dənizin beynəlxalq sularının şimal-qərb və cənub-şərq hissəsindəki bir sıra dəniz əraziləri naviqasiya üçün müvəqqəti təhlükəli elan edilib. Dənizçilərə təhlükəsizlik zəmanətlərinin geri götürülməsi ilə bağlı müəyyən edilmiş qaydada müvafiq məlumat xəbərdarlıqları edilib”, - Rusiya Müdafiə Nazirliyi qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ